Gürcüstan parlamenti “Qrantlar haqqında” qanunu sərtləşdirib

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanunu sərtləşdirib

Gürcüstan parlamenti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət qrantları almaq imkanını nəzərdə tutan “Qrantlar haqqında” qanuna dəyişiklikləri sürətləndirilmiş qaydada nəzərdən keçirib və üçüncü oxunuşda təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, dəyişikliklərin qəbulunu qanunverici orqanın 80 üzvü dəstəkləyib.

Layihəyə əsasən, qrantların verilməsinə yeni qurum - Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi cavabdeh olacaq.

Yalnız fəaliyyəti ölkənin inkişaf prioritetlərinə uyğun gələn təşkilatlar maliyyə alacaqlar.

Qanunla müəyyən ediləcək müddəalara əsasən, fəaliyyəti yaxşı məqsədlər üçün nəzərdə tutulmuş qeyri-hökumət, vətəndaş cəmiyyəti təşkilatları xarici vəsaitlər hesabına deyil, Gürcüstan büdcəsindən maliyyələşəcək.

Artıq 2025-ci ilin dövlət büdcəsindən bu məqsədlə 20 milyon lari ayrılıb.

Bundan əlavə, Korrupsiyaya Qarşı Mübarizə Bürosu QHT-ləri seçkiqabağı məqsədləri olan qurumlar kimi tanımaq, onların hesabatlarını siyasi partiyaların hesabatları ilə eyniləşdirmək hüququ əldə edib.

Gürcüstanda növbədənkənar parlament seçkiləri, məhbusların azad edilməsi və ölkənin Aİ-yə fəal inteqrasiya prosesinin davam etdirilməsi tələbi ilə keçirilən etiraz aksiyaları fonunda Gürcüstan hakimiyyəti qeyri-hökumət sektoru ilə bağlı əlavə qərarların qəbul edildiyini açıqlayıb.

Qərarlar arasında Gürcüstan qanunvericiliyindən hökumət qərarlarının qəbulunda vətəndaş cəmiyyəti təşkilatlarının məcburi iştirakı ilə bağlı müddəaların çıxarılması, şəxslərin qeydiyyatını və qanuna əməl etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunmasını, fəaliyyətə məhdudiyyətlərin qoyulmasını tələb edən “Xarici agentlər haqqında” Qanunun Amerika variantının (FARA qanunu) təsdiqlənməsi də var.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM