satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Milli Müdafiə Nazirliyi: Yunan Kiprinin Misirlə sazişi regional sabitliyə təhlükədir

Türkiyə Milli Müdafiə Nazirliyi: Yunan Kiprinin Misirlə sazişi regional sabitliyə təhlükədir

Türkiyə Kiprin yunan icması ilə Misir arasında karbohidrogen ticarətinə dair bağlanmış sazişi qəbul etmir və bu razılaşmanı Şimali Kipr Türk Respublikasının maraqlarının pozulmasına yönəlmiş növbəti addım hesab edir. Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin fevralın 20-də yayılmış bəyanatında deyilir.

Qurumdan bildirilib ki, kiprli yunanlar Lefkoşanın hüquqlarının pozulması məqsədilə regionda status-kvonu dəyişmək cəhdlərini davam etdirirlər. “Yunan Kipri ilə Misir arasında əldə edilmiş saziş regional sabitliyə və Kipr probleminin nizamlanması üzrə səylərə təhlükədir. ŞKTC-nin iştirakı olmadan imzalanan bütün sənədlər qeyri-qanunidir”, - deyə nazirlik vurğulayıb.

Ankarada qeyd ediblər ki, Türkiyə Kipr üzrə zamin ölkələrdən biri olaraq adada sülhə və sabitliyə təhlükə yaradacaq istənilən addımlara qarşı tədbirlər görməyə hazırdır.

Yunan Kiprinin rəhbəri Nikos Xristodulidisin Qahirəyə səfərini daha əvvəl ŞKTC XİN də pisləyib. “Xristodulidisin bu addımı nəinki Kiprdə, ümumilikdə bütün regionda gərginliyin artmasına səbəb ola bilər”, - deyə Lefkoşada vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM