satellite   Azerspace-1: 11135 H 30000

Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb

Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb

Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ər-Riyadda NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini təkzib edib.

“Xeyr, bu doğru deyil. Bizim mövqeyimiz ondan ibarətdir ki, NATO hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsi bizi narahat edir. Bizim bu mövqeyimiz hamıya məlumdur, heç kimə sirr deyil”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rumıniya Prezidentinin müdafiə və milli təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku bildirib ki, Rusiya və ABŞ-ın Ər-Riyaddakı danışıqlarında Rusiya NATO-nun Şərqi Avropa ölkələrindən getməsini tələb edib. Onun sözlərinə görə, ABŞ bu tələbi rədd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM