Ermənistan hökuməti məcburi hərbi xidmət müddətinin 6 ay azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib.
NTV-nin Ermənistan KİV-inə istinadən məlumatına görə, sənədi hökumətin iclasında müdafiə nazirinin müavini Arman Sarkisyan təqdim edib.
Qanun layihəsi 2025-ci ilin qış çağırışından etibarən sıravi heyətin məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmasını, məcburi hərbi xidmət müddətini 18 ay təyin edilməsini nəzərdə tutur.
Məlumata görə, gələn il yanvar 1-dən müddətli hərbi xidmətdə olan vətəndaşlara xidmət müddətinin qısaldılması şamil edilməyəcək.
Qanun layihəsi müzakirə və təsdiq üçün parlamentə göndəriləcək.
