satellite   Azerspace-1: 11135 H 30000

COP31-in Prezidenti elan edilib

COP31-in Prezidenti elan edilib

Türkiyədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub.

NTV xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum UNFCCC COP31-in Prezidenti təyin edilib.

Rəsmi qəzetdə dərc olunan qərara əsasən, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada, EXPO sərgi məkanında keçiriləcək.

Qeyd edilib ki, COP31 çərçivəsində iqlim fəaliyyəti üzrə daha qətiyyətli və məqsədyönlü addımların atılması planlaşdırılır. Türkiyə tərəfi beynəlxalq ictimaiyyəti COP31 üçün Antalyada qarşılamağa hazır olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM