Rəsmi Moskva Azərbaycanla Ermənistan arasındakı dialoqda müsbət dinamika, eləcə də region daxilində əlaqələrin bərpası və qurulması istiqamətində perspektivlər görür.
NTV xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. O, Rusiya tərəfinin nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesinin başlanmasını alqışladığını vurğulayıb.
Mariya Zaxarova Rusiyaya məxsus taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə keçməklə Ermənistana tədarükünü qeyd edərək, bunun regional “3+3” əməkdaşlıq formatının inkişafının aktuallığını təsdiqlədiyini bildirib.
O, həmçinin Moskvanın bu platformanın iclaslarında gürcü həmkarlarını da iştirakçılar arasında görmək istədiyini qeyd edib.
