satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya tarixinin rekord büdcə layihəsi təqdim olunub

Yaponiya tarixinin rekord büdcə layihəsi təqdim olunub

Yaponiya hökuməti ölkənin növbəti maliyyə ili üçün dövlət büdcəsi layihəsini təqdim edib.

NTV Yaponiya mediasına istinadla xəbər verir ki, aprel ayında başlayacaq yeni maliyyə ili üçün təklif olunun 122,3 trilyon yen (təxminən 783 milyard ABŞ dollar) məbləğindəki büdcə layihəsi Yaponiya tarixi üçün rekord göstəricidir. Cari maliyyə ilindəki büdcə 115,2 trilyon yen olub.

Dünyanın 3-cü böyük iqtisadiyyatı olan Yaponiyanın büdcə layihəsində müdafiə xərcləri də rekord səviyyədə 9,04 trillyon yen (təxminən 57 milyard dollar) nəzərdə tutulub. Büdcədə ən böyük pay isə (təxminən 250 milyard dollar) sosial təminat xərcləri üçündür.

Qeyd edək ki, büdcə layihəsi 2026-cı ilin yanvarında parlamentə təqdim olunacaq. Nazirlər Kabineti növbəti maliyyə ilində ölkə iqtisadiyyatının 1,3 faiz böyüyəcəyini proqnozlaşdırıb. Cari maliyyə ili üçün bu hədəf 1,1 faizdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM