satellite   Azerspace-1: 11135 H 30000

Media: Tramp dekabrın 28-də Zelenski ilə görüşə bilər

Media: Tramp dekabrın 28-də Zelenski ilə görüşə bilər

Volodimir Zelenskinin Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün dekabrın 28-də ABŞ-a səfər edəcəyi gözlənilir.

NTV  xəbər verir ki, “Kiev Post” qəzeti bu barədə diplomatik mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, gözlənilən görüş ABŞ Prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında baş tuta bilər.

Ukrayna münaqişəsi ilə bağlı ABŞ-Avropa əməkdaşlığında iştirak edən yüksəkvəzifəli Qərb rəsmisi anonimlik şərti ilə nəşrə bildirib ki, nizamlama ilə bağlı danışıqlarda bir neçə məqam hələ də razılaşdırılmamış qalır. Bunlara təhlükəsizlik zəmanətləri, potensial sülh müqaviləsinə nəzarət və Rusiyanın hüquqi öhdəlikləri daxildir.

Cümə axşamı günü Ukraynanın dövlət başçısı ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner ilə danışdığını bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM