satellite   Azerspace-1: 11135 H 30000

Filippində 5 nəfəri daşıyan tibbi helikopter yoxa çıxıb

Filippində 5 nəfəri daşıyan tibbi helikopter yoxa çıxıb

Filippində bir xəstə və bir tibb bacısı da daxil olmaqla beş nəfəri daşıyan tibbi helikopter yoxa çıxıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “TRT Haber”ə istinadla xəbər verir ki, helikopterin quruda və dənizdə axtarışına başlanılıb.

Ölkənin mülki aviasiya rəsmilərinin sözlərinə görə, pilot, xəstə, iki qulluqçu və tibb bacısı olan helikopter Palavan bölgəsindəki xəstəxanaya uçarkən yoxa çıxıb.

İtmiş helikopterdəki tibb bacısı istisna olmaqla, qalan heyətin hamısının filippinli olduğu bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM