satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə zəlzələdən zərər çəkmiş üç əyalətdə təhsil bərpa edilib

Türkiyədə zəlzələdən zərər çəkmiş üç əyalətdə təhsil bərpa edilib

Türkiyənin zəlzələdən zərər çəkən Diyarbəkir, Şanlıurfa və Kilis şəhərlərində təhsil həyatı yenidən başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, zəlzələdən zərər çəkən Şanlıurfada məktəblərdə aparılan təmir işləri başa çatdıqdan sonra şagirdlər üçün zəng çalınıb.

Haliliye rayonundakı Yunus Əmrə Borsa İstanbul ibtidai məktəbində “İstiqlal marşı”nın oxunması ilə başlayan açılış mərasimində Şanlıurfa valisi Salih Ayhan, Milli Təhsil müdiri Fevzi Kurt, müəllim və şagirdlər iştirak ediblər.

Vali S.Ayhan deyib: “Biz tarix boyu imanımız, gücümüz və birliyimizlə bir çox çətinliklərin öhdəsindən gəlmiş böyük bir millətik. Yenidən bir araya gələrək yaxşı günlər quracağıq. Gücümüzü heç vaxt unutmamalıyıq. Hər birimiz zəlzələnin üzərimizdəki pis təsirini aradan qaldırmaq istəyirik. Amma oturduğumuz yerdən özümüzə qapanaraq bunu etmək mümkün olmayacaq. Yenidən bir araya gəlib əvvəlkindən daha güclü ayağa qalxmaq üçün biz hamımız əlimizdən gələni etməliyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM