satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada mənşəyi bilinməyən daha bir metal şar aşkarlanıb

Yaponiyada mənşəyi bilinməyən daha bir metal şar aşkarlanıb

Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima prefekturasının hakimiyyət orqanları adaların birinin sahilində metal şar aşkarlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Fuji TV telekanalına istinadla xəbər verir ki, mənşəyi və təyinatı bilinməyən şarın diametri təxminən 1,5 metrə bərabərdir. Kaqoşima prefekturasının hakimiyyət orqanları onun içərisində boşluq olduğunu müəyyənləşdirib. Lakin ağırlığı səbəbindən şarı yerindən tərpətmək çətindir.

Fevralın 21-də ölkənin mərkəzi hissəsindəki Sidzuoka prefekturasının sahilində də oxşar metal şar tapılmışdı. Yerli orqanlar əvvəlcə onun partlaya biləcəyindən ehtiyatlansa da, sonradan şarın içərisində partlayıcı maddə aşkarlanmamışdı.

Şarların sahildə necə peyda olduğu barədə müəyyən fərziyyələr irəli sürülür, lakin hadisənin dəqiq səbəbi hələ qeyri-müəyyən olaraq qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM