satellite   Azerspace-1: 11135 H 30000

ABŞ, BƏƏ və Rusiyanın birgə kosmik missiyasına start verilib

ABŞ, BƏƏ və Rusiyanın birgə kosmik missiyasına start verilib

Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya astronavtlarının birgə kosmik missiyasına start verilib. Onları Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq “SpaceX” kompaniyasının “Falcon” raketi ABŞ-nin Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi NASA-nın saytına istinadla xəbər verir ki, 6 ay davam edəcək kosmik missiya kosmik fəzada yeni tədqiqatlar aparacaq. BƏƏ-dən olan Sultan Əl-Neyadi uzunmüddətli kosmik səyahətə yollanan ilk ərəb astronavt olub.

Bu kosmik missiya ötən ilin oktyabrından bəri Beynəlxalq Kosmik Stansiyada olan ABŞ-Rusiya-Yaponiya astronavtlarını əvəz edəcək. Missiyanın rəhbəri Stefen Bouen bildirib ki, Ukrayna müharibəsi ilə əlaqədar ABŞ ilə Rusiya arasında gərginliyə baxmayaraq, iki ölkə kosmos sahəsində əməkdaşlığı davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM