satellite   Azerspace-1: 11135 H 30000

Vladimir Putin Təhlükəsizlik Şurasının operativ iclasını keçirəcək

Vladimir Putin Təhlükəsizlik Şurasının operativ iclasını keçirəcək

Rusiya Prezidenti Vladimir Putin martın 3-də Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. O bildirib ki, V.Putin bu günə planlaşdırılmış Şimali Qafqaza səfərini təxirə salıb və hazırda Kremldədir.

D.Peskov Braynsk vilayətinə silahlı hücumdan sonra Ukraynada xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilib dəyişdirilməyəcəyindən xəbərsiz olduğunu deyib.

Xatırladaq ki, bu gün silahlı diversiya qrupu Ukraynadan sərhədi keçərək Rusiyanın Bryansk vilayətinin Klimov rayonuna hücum edib. Nəticədə yerli sakinlərdən bir nəfər ölüb, biri yaralanıb. Rayonun Suşanı kəndinə isə PUA-larla hücum olub. Hazırda 6 nəfərin girov götürüldüyü məlumdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM