satellite   Azerspace-1: 11135 H 30000

Moldovada dövlət dilinin dəyişdirilməsinə dair qanun layihəsi qəbul edilib

Moldovada dövlət dilinin dəyişdirilməsinə dair qanun layihəsi qəbul edilib

Martın 2-də Moldova Parlamenti dil qanununu birinci oxunuşda qəbul edib. Qanun layihəsinə əsasən, Moldova Konstitusiyasında “Moldova dili” ifadəsi “rumın dili” ilə dəyişdiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsinin təqdimatı zamanı kürsüyə kommunistlər və sosialistlər blokunun deputatları çıxıblar. Onlar özləri ilə referendum və növbədənkənar parlament seçkiləri ilə bağlı çağırışlarla bağlı plakatlar nümayiş etdiriblər.

Deputatlardan biri digərinin plakatını qoparıb, bundan sonra aralarında dava düşüb.

Qanun layihəsinin müəlliflərindən biri, hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyasından olan deputat Petru Frunze jurnalistlərə bildirib ki, bütün milli qanunlarda “Moldova dili” ifadəsinin “rumın dili” ilə əvəz edilməsi barədə sənəd Konstitusiya Məhkəməsinə yönləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM