satellite   Azerspace-1: 11135 H 30000

Koreya Respublikası və ABŞ hərbçiləri birgə təlim keçirəcək

Koreya Respublikası və ABŞ hərbçiləri birgə təlim keçirəcək

Koreya Respublikası və ABŞ hərbçiləri martın 13-dən 23-dək kompüter simulyasiyasına əsaslanan “Freedom Shield” adlı birgə komanda-qərargah təlimi keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu il təlimlər fasiləsiz davam edəcək və kompüter simulyasiyasına əsaslanan ən uzunmüddətli təlim olacaq. Bununla birlikdə "Warrior Shield" səhra manevrləri baş tutacaq ki, bu da birgə fəaliyyətlərin “realizmini” artırmaq üçün nəzərdə tutulub. Eləcə də böhran vəziyyətlərinin idarə edilməsi ilə bağlı 4 günlük təlim də nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM