satellite   Azerspace-1: 11135 H 30000

Arxeoloqlar Xeops ehramında gizli dəhliz aşkar ediblər

Arxeoloqlar Xeops ehramında gizli dəhliz aşkar ediblər

Qədim dünyanın salamat qalmış yeddi möcüzəsindən sonuncusu olan Xeops ehramının şimal tərəfində 9 metr uzunluğunda və təxminən 2,10 metr enində gizli və möhürlənmiş dəhliz aşkar edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Gazeta.ru” saytına istinadla xəbər verir ki, dəhliz müasir skan texnologiyasından istifadə edilməklə Misirdən olan bir qrup arxeoloq və elm adamı tərəfindən aşkarlanıb.

Arxeoloqlar dəhlizin hələ ki, hansı funksiyanı yerinə yetirdiyini bilmədiklərini qeyd ediblər və onu “kamera” adlandırıblar, çünki oraya kənardan giriş yoxdur.

Qeyd edək ki, 2017-ci ildə elm adamları Xeops ehramının içərisində daha bir möhürlənmiş 30 metrlik dəhliz kəşf etmişdilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM