satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: “Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam, məsuliyyəti üzərimə götürürəm”

Paşinyan: “Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam, məsuliyyəti üzərimə götürürəm”

“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, parlamentin iclasında bununla bağlı mövqeyini bildirib: “Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.

N.Paşinyan söyləyib ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM