satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Təhlükəsizlik Şurası: “Rusiyanın dəqiq idarə olunan raketləri tükənib”

Ukrayna Təhlükəsizlik Şurası: “Rusiyanın dəqiq idarə olunan raketləri tükənib”

“Rusiya ordusunun dəqiq idarə olunan raketləri tükənib”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov deyib.

O bildirib ki, fevralın 24-də - müharibənin başlamasının ildönümündə Ukrayna ərazilərinin kütləvi raket atəşinə tutulmamasının səbəbi də bu olub: “Onlar raketlərindən ehtiyatla istifadə edirlər”.

O.Danilovun sözlərinə görə, buna baxmayaraq Rusiya hələ də müharibəni davam etdirmək ambisiyasından əl çəkməyib: “Onlar hər gün bizim şəhərlərimizdə - Xarkov, Xerson və digərlərində terror aktları törədirlər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM