satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-ın cənubunda təbii fəlakət yüz minlərlə insana zərər vurub

ABŞ-ın cənubunda təbii fəlakət yüz minlərlə insana zərər vurub

ABŞ-ın Texas, Luiziana və Kaliforniya ştatlarında tüğyan edən təbii fəlakətlər yüz minlərlə insana zərər vurub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi NBC News telekanalına istinadla xəbər verir ki, Texas ştatında qasırğa 170 mindən çox insanı elektriksiz qoyub. Dallas, Franklin və Hopkins dairələrində güclü külək avtomobilləri aşırıb. Təbii fəlakət Şrivport şəhərində yerləşən Luiziana Universitetinin binasını da zədələyib.

Kəskin hava şəraiti ilə bağlı Kaliforniya ştatının 13 dairəsində fövqəladə vəziyyət rejimi elan olunub. Yerli hakimiyyət orqanları qar fırtınası səbəbindən keçilməz olan dağlıq rayonlara ərzaq çatdırılması üçün helikopterlərdən istifadə etməyi düşünür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM