satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna 17 hərbçinin cəsədini geri qaytarıb

Ukrayna 17 hərbçinin cəsədini geri qaytarıb

Martın 3-də Ukrayna və Rusiya arasında hərbçilərin cəsədlərinin növbəti mübadiləsi həyata keçirilib, Ukraynaya 17 meyit təhvil verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ukraynanın Reinteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, cəsədlərin olması ehtimal edilən yerlərin aşkarlanması üzrə işlər davam edir. Ümumilikdə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə zamanı indiyədək 1426 ukraynalı hərbçinin meyiti qaytarılıb.

Fevralın 2-də Rusiya Federasiyası ilə meyitlərin ən böyük mübadilə prosesi baş tutub. Ukrayna 150-yə yaxın müdafiəçisinin cəsədini qaytarmağa nail olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM