satellite   Azerspace-1: 11135 H 30000

Rus avanqard rəssamın əsəri hərracda rekord qiymətə satılıb

Rus avanqard rəssamın əsəri hərracda rekord qiymətə satılıb

Rus avanqard rəssam Vasili Kandinskinin (1866-1944) "II Murnaudakı kilsə" əsəri Londonda “Sotheby's” hərracında rekord qiymətə - 37,2 milyon funt-sterlinqə (44,4 milyon dollar) satılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.

Rəssam "II Murnaudakı kilsə" adlı tablosunu 1910-cu ildə Bavariyada yay evində yaşayarkən çəkib. Şəklin üzərində müəllifin qeydləri də var.

Kandinskinin hərracda satılan əsərinə görə əvvəlki rekord 1913-cü ildə yağlı boya ilə çəkilmiş "Ağ xətlərlə rəsm" olub. Əsər hərracda 33 milyon funt-sterlinqə (39,4 milyon dollar) satılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM