satellite   Azerspace-1: 11135 H 30000

Zaporojyedə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Zaporojyedə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Rusiya hərbçilərinin martın 2-də Ukraynanın Zaporojye şəhərində çoxmərtəbəli binanı raketlə vurması nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Martın 4-ü saat 07:00-a olan məlumata görə, xilasedicilər dağıntılar altından daha 3 sakinin meyitini çıxarıblar. Həlak olanlardan biri uşaqdır.

Dövlət Xidmətinin əməkdaşları iki gündür ki, raket hücumunun nəticələrini aradan qaldırır. Eyni zamanda, binanın 92 sakininə və zərərçəkənlərin yaxınlarına psixoloji yardım göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM