satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də kəskin hava şəraiti on nəfərin həyatına son qoyub

ABŞ-də kəskin hava şəraiti on nəfərin həyatına son qoyub

ABŞ-də kəskin hava şəraiti səbəbindən azı on nəfər həlak olub, 1,5 milyon insan isə işıqsız qalıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi CNN telekanalına istinadla xəbər verir ki, hazırda qasırğa şimal-şərqə doğru hərəkət edir. Güclü külək yük avtomobillərini aşırıb və regiona qolf topu böyüklüyündə dolu düşüb.

Kaliforniyanın bəzi rayonlarına güclü qar yağıb. Qar topalarının hündürlüyü bəzi hallarda evlərin ikinci mərtəbəsinin pəncərəsinə qədər qalxıb və insanlar evlərindən çıxa bilmirlər.

Əlverişsiz hava şəraiti ilə bağlı ştatın 13 dairəsində fövqəladə vəziyyət rejimi elan olunub. Qar fırtınası səbəbindən keçilməz olan dağlıq rayonlara ərzaq çatdırılması üçün helikopterlərdən istifadə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM