satellite   Azerspace-1: 11135 H 30000

Berluskoninin mirası təxminən 5 milyard avro dəyərində qiymətləndirilib

Berluskoninin mirası təxminən 5 milyard avro dəyərində qiymətləndirilib

Vəfat edən İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni ölkənin ən zəngin adamlarından biri idi.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, onun mirası təxminən 5 milyard avro dəyərində qiymətləndirilir və bu, onun 5 övladı və 16 nəvəsinə qalacaq.

Əsas pay 4,89 milyard avro dəyərində olan “Fininvest” ailə holdinqinin payına düşür. Holdinqə “Mediaset TV” şirkətinin 50%-i və “Mondadori” nəşriyyatının 53%-i, həmçinin “Mediolanum” bankı daxildir.

Beş uşağın hər biri hissələrin 7,65 faizinə, Berluskoni isə hissələrin 61,3 faizinə sahibdir.

“Forbes”in son reytinqinə görə, Berluskoni İtaliyanın ən varlı adamları siyahısında üçüncü yeri tutub. Bəzi illərdə o, ilk yerdə qərarlaşıb. Jurnal onun sərvətini bazar meyarlarına görə 6,9 milyard avro qiymətləndirib.

Biznesdən əlavə, Berluskoninin bir neçə villası, sarayları və evləri var. Onun Milanın yaxınlığındakı ən məşhur iqamətgahı Arkoredəki Villa San Martinodur, burada iyunun 13-də siyasətçi ilə vidalaşma yalnız ən yaxınları üçün təkbətək keçiriləcək. Berluskoninin digər məşhur iqamətgahı Sardiniya adasındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM