satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda yol qəzası olub, 2 hərbçi ölüb

Ermənistanda yol qəzası olub, 2 hərbçi ölüb

Ermənistanda Yuxarı Gədikli (Vardabank) - Qafan yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbçi ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi bildirib.

Məlumata görə, “Ford Tranzit” markalı avtomobilin 39 yaşlı sürücüsü Yuxarı Gədikli-Qafan yolunun 5-ci km-liyində yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn avtomobillə toqquşub. Nəticədə “Ford Tranzit”in sürücüsü və sərnişini ölüb.

Onların hər ikisi Ermənistan silahlı qüvvələrində müqavilə əsasında xidmət edirmiş.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM