satellite   Azerspace-1: 11135 H 30000

İsrail baş nazirinin məsləhətçisi: “HƏMAS-a təzyiqləri davam etdirəcəyik”

İsrail baş nazirinin məsləhətçisi: “HƏMAS-a təzyiqləri davam etdirəcəyik”

İsrail Baş nazirinin baş məsləhətçisi Mark Regev İsrail Müdafiə Ordusunun HƏMAS-a təzyiqləri davam etdirəcəyini açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

“HƏMAS girovları könüllü olaraq azad etməyəcək. Amma biz təcrübəmizdən bilirik ki, o, hərbi təzyiqə cavab verir. Ona görə də İsrail Müdafiə Ordusu bu təzyiqləri davam etdirəcək”,- baş müşavir bildirib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Bundan sonra tərəflər arasında genişmiqyaslı hərbi toqquşmalar başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM