satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də keçmiş hərbçi özünü 20 il əlil kimi qələmə verərək 663 min dolları mənimsəyib

ABŞ-də keçmiş hərbçi özünü 20 il əlil kimi qələmə verərək 663 min dolları mənimsəyib

ABŞ-nin Nyu-Hempşir ştatında keçmiş hərbçi, 49 yaşlı Kristofer Ştulz özünü 20 il əlil arabasına məhkum edilmiş şəxs kimi qələmə verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, 2003-cü ildə ordudan ayrıldıqdan sonra Ştulz Veteranların İşləri üzrə Nazirliyə yeriyə bilmədiyini deyib. Ona əlil statusu verilib. Həmin şəxs dövlətdən hər ay 3,8 min dollardan 4,2 min dollara qədər ödənişlər alıb. Beləliklə o, 20 il ərzində 663 min dollar alıb.

“Dələduzluq faktı Ştulz 2021-ci ilin oktyabrında gəzərkən üzə çıxdı - o, Bostondakı veteranlar xəstəxanasını tərk edib. Həmin şəxs əlil arabasından düşüb, onu avtomobilinə qoyaraq getdi”, - xəbərdə deyilir.

Kişi daha sonra ticarət mərkəzində gəzərkən görüntülənib. Şlulsun bir neçə tanışı da müstəntiqlərə onu heç vaxt əlil arabasında görmədiklərini deyiblər.

İndi keçmiş hərbçini 5 ilə qədər həbs gözləyir. Bundan əlavə, ondan qeyri-qanuni yolla əldə edilən bütün pulları qaytarmaq tələb oluna bilər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM