satellite   Azerspace-1: 11135 H 30000

İranda İsraillə əməkdaşlıqda ittiham olunan dörd nəfər edam edilib

İranda İsraillə əməkdaşlıqda ittiham olunan dörd nəfər edam edilib

İranda İsrailin xeyrinə casusluq etmək və İslam respublikasının milli təhlükəsizliyini pozmaq üçün terror qruplaşması yaratrmaq ittihamı ilə dörd nəfər edam edilib.

Naxçıvan televiziyası xəbər verir ki, Mehr agentliyi bu barədə İranın kəşfiyyat orqanlarına istinadla məlumat yayıb.

İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əlaqəli qrupun dörd üzvünün yanvarın 29-da səhər saatlarında edam olunduğu bildirilir. İraq Kürdüstanı vasitəsilə ölkəyə daxil olan həmin şəxslər 2023-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərindəki raket zavodunda partlayıcı qurğu quraşdırmaq ittihamı ilə həbs olunmuşdu. Sentyabrın 17-də İran məhkəməsi İsrail kəşfiyyatı ilə əməkdaşlıqda təqsirləndirilən qruplaşma üzvlərini edam cəzasına məhkum etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM