satellite   Azerspace-1: 11135 H 30000

Putin prezident seçkilərində namizəd kimi qeydə alınıb

Putin prezident seçkilərində namizəd kimi qeydə alınıb

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası Vladimir Putini Rusiya Federasiyasının prezident seçkilərində namizəd kimi qeydə alıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərarını açıqlayıb.

Bildirilib ki, Putini dəstəkləyən seçilmiş 60 min imzadan 0,15%-i etibarsız, 5%-i isə qüsurlu hesab edilib.

MSK sədri Ella Pamfilova Rusiya Federasiyasının prezidentliyinə namizəd Putinin vəsiqəsini onun seçki qərargahının həmsədri Vladimir Maşkova təqdim edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək üç gün ərzində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM