satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universiteti və Türkiyənin Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb - FOTOLAR

Naxçıvan Dövlət Universiteti və Türkiyənin Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universiteti və Türkiyənin Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universiteti və Türkiyənin Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universiteti və Türkiyənin Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Texniki Universiteti arasında onlayn görüş keçirilib.

Görüşdə Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak ölkələrimiz arasında qardaşlıq münasibətlərinə toxunub. bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Universitetlərarası əlaqələrdən bəhs edən Bülent Çakmak Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışı zamanı ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib.

Rektor rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə Universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Qardaş ölkənin təcrübəsini öyrənmək baxımından birgə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Elbrus İsayev Türkiyə universitetləri ilə texniki sahədə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına toxunub.

Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti ilə informasiya texnologiyaları üzrə dünya nəhəngi IBM şirkəti arasında əməkdaşlıq əlaqələri qurulub. IBM şirkəti ilə imzalanan memoranduma əsasən ali təhsil ocağında Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq.

Rektor universitetdə yaradılacaq Texnopark üçün qabaqcıl dünya təcrübəsinin öyrənildiyini və bu baxımdan Ərzurum Texniki Universitetinin imkanlarının öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə universitetlərarası sosial və elmi əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM