satellite   Azerspace-1: 11135 H 30000

Almaniyadakı reytinq xarakterli turnirdə Azərbaycanın dörd paracüdoçusu iştirak edəcək

Almaniyadakı reytinq xarakterli turnirdə Azərbaycanın dörd paracüdoçusu iştirak edəcək

Almaniyanın Heydelberq şəhərində keçiriləcək "IBSA Judo Grand Prix Heidelberg 2024" yarışında iştirak edəcək Azərbaycan paracüdoçuları bəlli olub.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, turnirdə Vüqar Şirinli (60 kq, J2 kateqoriyası), Namiq Abaslı (73 kq, J2 kateqoriyası), İlham Zəkiyev (+90 kq, J1 kateqoriyası), Sevda Vəliyeva (57 kq, J2 kateqoriyası) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, fevralın 17-18-də keçiriləcək yarış Paris-2024 Yay Paralimpiya Oyunları üçün ikiqat reytinq xalı qazandırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM