satellite   Azerspace-1: 11135 H 30000

“Real” klub tarixinin ən yaxşı nəticəsinə imza atıb

“Real” klub tarixinin ən yaxşı nəticəsinə imza atıb

İspaniyanın “Real” klubu tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Naxçıvan televiziyası xəbər verir ki, Madrid təmsilçisi mövsüm ərzində keçirdiyi ilk 35 matçdakı göstəriciləri ilə bunu reallaşdırıb.

Son olaraq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniya “Leyptsiq”ini məğlub edən (1:0) “Kral klubu” bütün turnirlərdə 35 matçın 29-da qələbə qazanıb.

Bu, bütün mövsümlərin eyni dövrü üçün klub rekordudur. Əvvəlki rekord 28 qələbə ilə 2011/2012, 2013/2014 və 2014/2015 mövsümlərinə məxsus olub.

Karlo Ançelottinin kollektivi 2023/2024 mövsümündə cəmi 2 dəfə məğlub olub. Bunun hər ikisi “Atletiko” ilə qarşılaşmalara təsadüf edib. “Atletiko” Madrid derbisində bir dəfə La Liqa, bir dəfə isə İspaniya Kral Kuboku görüşündə qələbə sevinci yaşayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM