satellite   Azerspace-1: 11135 H 30000

AFFA dörd klubu cərimələyib

AFFA dörd klubu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz” - “Səbail” oyununda meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimə edilib. İkinci sarıdan qırmızı vərəqə görən Gəncə təmsilçisinin müdafiəçisi Vurğun Hüseynov 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.

“Neftçi” ilə oyununun fasiləsində “Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat ziyana düşüb.

Matçda “ağ-qaralar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə ödəyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM