UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Naxçıvan televiziyası xəbər verir ki, Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma meydanda Niderlandın “AZ Alkmaar” klubunu qəbul edib, "Fənərbağça" isə Belçikada "Anderlext"in qonağı olub. Hər iki qarşılaşma heç-heçə ilə başa çatıb - 2:2.
Bu nəticə ilk oyunda 1:4 hesabı ilə uduzan “cim-bom”un avrokuboklarda mübarizəni dayandırmasını rəsmiləşdirib, evdə "Anderlext"i 3 cavabsız qolla məğlub etmiş “Fənərbağça”nı isə 1/8 finala daşıyıb. "Bülbüllər" bu raundda ya Yunanıstanın "Olimpiakos", ya da Şotlandiyanın "Reyncers" klubu ilə qarşılaşacaq. 1/8 finalın püşkatması bu gün keçiriləcək.
