satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırdığını açıqlayıb

“Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırdığını açıqlayıb

“Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib.

Klubdan NTV-yə verilən məlumata görə, iclasda klubun qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra mütəxəssislə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Misli Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM