satellite   Azerspace-1: 11135 H 30000

Milli komandaların üzvlərinin mart ayı üçün reytinq cədvəli açıqlanıb

Milli komandaların üzvlərinin mart ayı üçün reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin martın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, siyahıya 685 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir.

Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, stend atıcılığı üzrə qarışıq komanda isə 405 xalla üçüncü pillədə yer alıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır.

Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM