satellite   Azerspace-1: 11135 H 30000

Selçuk Bayraktar Kahramanmaraşda gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib - FOTOLAR

Selçuk Bayraktar Kahramanmaraşda gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib<font color=red> - FOTOLAR</font> Selçuk Bayraktar Kahramanmaraşda gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib<font color=red> - FOTOLAR</font> Selçuk Bayraktar Kahramanmaraşda gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib<font color=red> - FOTOLAR</font> Selçuk Bayraktar Kahramanmaraşda gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib<font color=red> - FOTOLAR</font> Selçuk Bayraktar Kahramanmaraşda gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib<font color=red> - FOTOLAR</font>

“Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar ötən gün Kahramanmaraşda fəaliyyət göstərən Azərbaycan könüllülərinə baş çəkib, onların düşərgəsi və fəaliyyətləri ilə maraqlanıb. Bundan əlavə o həyat yoldaşı Sümeyye Ərdoğan ilə birlikdə gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Gənclər Fondundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Selçuk Bayraktar Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyalarını, habelə könüllü gənclərimiz qardaş ölkədəki bu nəcib fəaliyyətini çox yüksək qiymətləndirərək dövlətimizə və xalqımıza bu çətin günlərdəki həmrəyliyinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, təbii fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində 20 gündən çoxdur könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir. Zərərçəkmiş şəxslər üçün gətirilən qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir. Eləcə də yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır və digər dəstəkverici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM