satellite   Azerspace-1: 11135 H 30000

“Yuventus” klubu Danilo ilə müqaviləni yeniləyib

“Yuventus” klubu Danilo ilə müqaviləni yeniləyib

İtaliyanın “Yuventus” klubu müdafiəçisi Danilo ilə müqaviləni yeniləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, müdafiəçi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliya millisinin üzvü 2019-cu ildən oynadığı “Yuventus”da 142 matça çıxıb və 8 qol vurub.

Futbolçu “Amerika Mineyro”, “Santos”, “Portu”, “Real” və “Mançester Siti”də də oynayıb. Braziliya millisində 49 oyun keçirən Danilo bir dəfə fərqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM