satellite   Azerspace-1: 11135 H 30000

AFFA “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvilini cəzalandırıb

AFFA “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvilini cəzalandırıb

AFFA-nın İntizam Komitəsi “Qarabağ” klubunun qapıçısı Luka Quqeşaşvilini üç oyunluq şərti cəzalandırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, buna 24 yaşlı qolkiperin “Neftçi” ilə 1:1 heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyununda azarkeşlərə tərəf kənar əşya atması səbəb olub.

Ağdam təmsilçisi bunun üçün 2400 manat məbləğində cərimələnib. Gürcüstanlı oyunçuya şərti cəzaya görə üç ay sınaq müddəti təyin edilib.

Komitə hər iki kluba 4 min manat cərimə kəsib. Buna səbəb fanatların matçda təhqiramiz ifadələr işlətməsidir.

“Neftçi” tərəfdarların pirotexnikadan istifadəsinə görə 800, azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600 manat məbləğində ziyana düşüb.

Paytaxt klubunun fanatlarının oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” tərəfindən ödəniləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM