satellite   Azerspace-1: 11135 H 30000

İlin ilk iki ayında bütün turnirlərdə ən çox qol vuran futbolçuların adları açıqlanıb

İlin ilk iki ayında bütün turnirlərdə ən çox qol vuran futbolçuların adları açıqlanıb

2023-cü ildə bütün turnirlərdə ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford başçılıq edir.

25 yaşlı forvard ilin ilk iki ayında 16 oyunda 14 dəfə fərqlənib. Onu 11 topla İtaliya “Napoli”sinin üzvü Viktor Osimxen izləyir.

Siyahıya ümumilikdə 7 və daha çox qol vuran 71 futbolçu salınıb. Azərbaycanda 2023-cü ildə ən çox qol vuran oyunçu “Qarabağ”ın hücumçusu Musa Qurbanlıdır. Gənc futbolçu Premyer Liqada aktivinə 4 top yazdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM