satellite   Azerspace-1: 11135 H 30000

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından Naxçıvan televiziyası-a verilən məlumata görə, fərdi və sinxron proqram üzrə batut yarışlarında qadınlar arasında Selcan Mahsudova, kişilər arasında Hüseyn Əsədullayev, Nicat Mirzəyev və Mehdi Əliyev mübarizə aparacaqlar.

Tamblinq üzrə yarışda isə ölkəni Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Hüseyn Abbasov və Bilal Qurbanov təmsil edəcəklər.

Qeyd edək ki, 33 ölkənin iştirak edəcəyi turnir fevralın 23-dən 25-dək Milli Gimnastika Arenasında baş tutacaq. Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM