satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın stolüstü tennis yığması ilk dəfə Avropa çempionatına qatılacaq

Azərbaycanın stolüstü tennis yığması ilk dəfə Avropa çempionatına qatılacaq

21 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan yığması ilk dəfə Avropa çempionatına qatılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək qitə birinciliyində ölkəmizi 2 idmançı təmsil edəcək.

Millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında Zemfira Mikayılova və Ləman Abdulhəmidova yarışda mübarizə aparacaqlar. Hər iki idmançı şəxsi reytinqlərinə əsasən yarışda iştirak hüququna yiyələnib.

Qeyd edək ki, yanvarın 24-də startı veriləcək Avropa çempionatına ayın 28-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM