satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb

“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb

“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley komandanın Premyer Liqanın XIX turunda "Sabah"la qolsuz bərabərə qaldığı matça təsadüf edib.

“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü "sülh"ə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.

Qeyd edək ki, “Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi 1 xalı bir qolla qazanıb – 1:1.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM