satellite   Azerspace-1: 11135 H 30000

Xavi “Barselona”nı tərk edəcəyini açıqlayıb

Xavi “Barselona”nı tərk edəcəyini açıqlayıb

“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda klubu tərk edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri, həmçinin jurnalist Fabritsio Romano sosial şəbəkədə bildirib.

“İyunun 30-da klubu tərk edəcəyəm. Bu, klubun prezidenti, rəhbərliyi ilə müzakirə etdiyim qərardır... “Barselona”nın rəhbərlik dəyişikliyinə ehtiyacı var. Mən bunu prezidentə izah etdim, biz görüşdük, yaxşı söhbətimiz oldu. Onların məndən əminliyi bu günədək tam idi, ancaq getmək vaxtı çatıb. Bu, iqtisadi vəziyyətdən dolayı baş vermir, bu qərarı mən ürəkdən verirəm və hesab edirəm ki, bu, klub üçün ən yaxşı sonucdur. Problem olmaq istəmirəm. Biz tamamilə uğursuz mövsüm keçirdik və belə nəticəyə layiq olmayan oyunçuların istiqamətini dəyişdirməyin zamanı gəlib. Geridönüş edə bildiyiniz bir matçda sizi yendiklərini görmək çox məyusedicidir, karyeramda belə qəddar matç xatırlamıram. Klubun xeyrinə istiqamət dəyişikliyinə ehtiyacımız var və bu, “Barsa” ətrafındakı vəziyyətin yaxşılaşmasına səbəb olacaq”, – baş məşqçi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM