satellite   Azerspace-1: 11135 H 30000

Şahbuz rayonunda qarın hündürlüyü 22 sm olub

Şahbuz rayonunda qarın hündürlüyü 22 sm olub

Naxçıvan Muxtar Respublikası (MR) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Naxçıvan televiziyası-a verilən məlumata görə, fevralın 21-i saat 07:00-a olan məlumatına əsasən Naxçıvan şəhərinə, Ordubad rayonunun Parağaçay, Nürgüt Şahbuz rayonunun Kükü, Biçənək, Şərur rayonunun Axura, Culfa rayonunun Ərəfsə, Göydərə istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.

Qarın hündürlüyü Naxçıvan şəhərində 10, Ordubad şəhərində 5, Parağaçayda 13, Nürgütdə 12, Culfa şəhərində 3, Göydərədə 14, Ərəfsədə 11, Şahbuz şəhərində 8, Biçənəkdə 11, Küküdə 22, Şərur şəhərində 7, Axurada 11, Kəngərli rayonunda 8, Sədərək rayonunda isə 8 sm olub.

Qeyd edək ki, muxtar respublikada qarlı hava şəraiti fevralın 23-nə kimi davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM