Xidmət rəisi: Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb

Xidmət rəisi: Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb

Ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. 

NUHÇIXAN-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov xatırladıb ki, son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb.

Onun sözlərinə görə, 2012-ci il fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib: 

"Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib". 

Xidmət rəisi qeyd edib ki, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub: 

“Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5,5, 2017-ci ildə 3,4, 2023-cü ildə 3,1, 2024-cü ildə 2,8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM