Naxçıvan Təlim Mərkəzində keçirilən təlimlər başa çatıb - FOTOLAR

Naxçıvan Təlim Mərkəzində keçirilən təlimlər başa çatıb<font color=red> - FOTOLAR</font> Naxçıvan Təlim Mərkəzində keçirilən təlimlər başa çatıb<font color=red> - FOTOLAR</font> Naxçıvan Təlim Mərkəzində keçirilən təlimlər başa çatıb<font color=red> - FOTOLAR</font> Naxçıvan Təlim Mərkəzində keçirilən təlimlər başa çatıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzində 18-20 fevral 205-ci il tarixlərində “İnsan Resursları və Kadr Potensialının Təkmilləşdirilməsi” və “Əmək və Məşğulluq Alt Sistemindən (ƏMAS) Düzgün İstifadə Qaydaları” mövzularında təlimlər uğurla başa çatıb. Təlimlər Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarının kadr işləri üzrə məsul şəxslərinin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi ilə təşkil olunub.

18-19 fevral tarixlərində keçirilən “İnsan Resursları və Kadr Potensialının Təkmilləşdirilməsi” təlimində iştirakçılar Kənd Təsərrüfatı Nazirliyi, Turizm Departamenti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Qida Təhlükəzsizliyi Agentliyi və Dövlət Arxiv İdarəsi kimi qurumların nümayəndələri olmuşdur. Təlimdə kadr potensialının inkişafı, insan resursları idarəetməsinin müasir metodları və bu sahədəki yeniliklər müzakirə edilib.

20 fevral tarixində isə eyni qurumların kadr məsul şəxsləri üçün “Əmək və Məşğulluq Alt Sistemindən Düzgün İstifadə Qaydaları” mövzusunda bir günlük intensiv təlim keçirilib. Bu təlimdə iştirakçılara ƏMAS-ın effektiv istifadəsi, sistemin funksionallığı və dövlət qurumlarında əmək məlumatlarının düzgün idarə olunması barədə ətraflı məlumat verilib.

Təlimləri peşəkar mütəxəssislər idarə edib: insan resursları üzrə mütəxəssis Vüsalə Yusifova, Dövlət Məşğulluq Agentliyinin (DMA) əməkdaşı Aqşin Kamilli və Əmək Müfəttişliyinin əməkdaşı Güllü Sadiqli. Təlimçilər interaktiv metodlar və praktiki nümunələr vasitəsilə iştirakçılara mövzuları dərindən mənimsəməyə kömək ediblər. Tədbirin sonunda iştirakçıların rəyləri gələcək təlim proqramlarının təkmilləşdirilməsi üçün toplanılıb. Əlavə olaraq, təlimin iştirakçılardan alınan rəylər əsasında gələcəkdə daha əhatəli və uzunmüddətli proqram kimi hazırlanması planlaşdırılır.

Naxçıvan Təlim Mərkəzi bu cür tədbirlərlə dövlət qulluqçularının peşəkar səviyyəsini yüksəltməyə və regionda insan resurslarının idarə edilməsini müasirləşdirməyə davam edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM