satellite   Azerspace-1: 11135 H 30000

“Brent” markalı neftin qiyməti fevralın 16-dan bəri ilk dəfə 86 dolları ötüb

“Brent” markalı neftin qiyməti fevralın 16-dan bəri ilk dəfə 86 dolları ötüb

Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti (2023-cü ilin may ayı üçün fyuçers müqaviləsi – red.) fevralın 16-dan bəri ilk dəfə bir barel üçün 1,47 faiz artaraq 86,17 dollara yüksəlib. WTI markalı xam neftin fyuçersləri isə 2,16 faiz artaraq 79,85 dollar olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “The Wall Street Journal”ın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxma ehtimalı ilə bağlı xəbərindən sonra neft qiymətləri kəskin ucuzlaşmışdı. Lakin BƏƏ rəsmilərinin “Bloomberg” agentliyinə Əmirliyin təşkilatdan çıxmaq niyyətində olmaması ilə bağlı açıqlamalarından sonra neftin qiymətləri yenidən yüksəlməyə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM