satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın bir qrup qadın şairləri ilə “Yüz ilimin sədası” adlı görüş keçirib

Naxçıvanın bir qrup qadın şairləri ilə “Yüz ilimin sədası” adlı görüş keçirib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi  davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin nəzdindəki Naxçıvan Dövlət  Texnıki Kolleci Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birgə bu münasibətlə Naxçıvanın bir qrup qadın şairləri ilə “Yüz ilimin sədası” adlı görüş keçirib. Tədbiri giriş sözü ilə Texniki Kollecin direktoru Asəf Rüşanov açaraq görüş iştirakçılarını salamlayıb.

Sonra Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar, Azərbaycan Yazıçılar Birliyinin üzvüləri Sona Amal, Təranə Arfqızı, Kəmalə Nəsrin, Əmanət Musayeva, Nafilə Şahbuz, Əzizə Həsənova, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Ümbülbanu Musayeva və digər qadın şairlər- Dilbər Şahbuz, Sevinc Azadlı, Rəqsanə Tapdıqlı, Süsən Kərimli, Səbinə Əlincəli Naxçıvan, vətənpərvərlik və digər mövzularda fikirlərini bölüşüb, şeirlərini bədii qiraət ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM