satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda kosmik obyektlərin rəsmi reyestri aparılacaq

Azərbaycanda kosmik obyektlərin rəsmi reyestri aparılacaq

Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” 24 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na kosmik obyektlər də əlavə edilib.

Azərbaycanda kosmik obyektlərin rəsmi reyestrini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM